C.Cabbarlı adına Mədəniyyət evi

  • PDF

img_7280

C. Cabbarlı adına mədəniyyət evi  1952-ci ildə xüsusi layihə üzrə tikilmiş, istifadəyə verilmişdir. Sahəsi 1100 kv metr, 14 iş otağı, 500 nəfərlik tamaşa zalı var.

Mədəniyyət evində fəaliyyətə başladığı  dövrdən etibarən xalq teatrı, estrada ansamblı, aşıqlar ansamblı, nəfəs alətləri ansamblı və s. kollektivlər yaradılmışdır. 1960-cı illərdə Rusiyada Kreml sarayında xalq teatrının əsasında  “Fərhad və Şirin” tamaşası göstərilmişdir. Mədəniyyət evində fəaliyyət göstərən bütün kollektivlər respublika yarışlarında 1-ci yerə çıxaraq, mükafatlara, fəxri diplomlara layiq görülmüşdür. 1970-ci illərdə mədəniyyət evində bal rəqsləri, 1984-1985-ci illərdə şəhərimizdə ilk dəfə olaraq qızlardan ibarət xalq çalğı alətləri ansamblı yaradılmışdır. 1958-ci ilədək şəhərimizdə keçirilən bütün dövlət əhəmiyyətli tədbirlər bu mədəniyyət evində keçirilmişdir. 2000-ci ilin sentyabrından etibarən mədəniyyət evi Sumqayıt şəhər Mədəniyyət İdarəsinin balansına verilmişdir.

Mədəniyyət  evində bir çox özfəaliyyət kollektivləri fəaliyyət göstərir. Milli rəqs, gənclərdən ibarət “Bərgüşad” instrumental ansamblı, “Break Dance” qrupu, “Abra-Kadabra” şou qrupu şəhərimizdə keçirilən tədbirlərdə geniş şəkildə iştirak edirlər. Yay aylarında əhalinin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə özfəaliyyət kollektivləri şəhərimizin parklarında rəngarəng konsert proqramları ilə çıxış edirlər.

Milli rəqs kollektivləri dəfələrlə Türkiyə Respublikasında qastrolda olmuşdur. “Break-Danse” qrupunun üzvü Yusif Xəlilov 2006-cı ildə ANS telekanalında keçirilən “X danse” müsabiqəsində 2-ci yeri tutmuşdur. “Abra-Kadabra” şou qrupunun rəhbəri illüzionist Çingiz fəxri fərmanla təltif olunmuş və 2007-ci il oktyabr ayının 26-dan  28-dək Türkiyənin İzmir şəhərində 12 ölkə arasında keçirilmiş 1-ci Asiya festivalının laureatı adını alaraq, fəxri fərmanla təltif edilmişdir.          

2004-cü ilin dekabr ayının 31-də mədəniyyət evinin özfəaliyyət kollektivləri 302 saylı hərbi hissədə Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibətilə, 06.02.2005-ci il gənc əsgərlərin andiçmə mərasimində fəal iştirakına görə, 28.05.2005-ci il Milli Respublika günü münasibətilə, 26.06.2006-cı ildə Silahlı Qüvvələrin yaranması günü münasibəti ilə, 07.07.2005-ci ildə hərbi hissənin 13-cü ildönümü münasibəti ilə, 31.12.2005-ci il Dünya azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibəti ilə, 05.02.2005-ci il gənc əsgərlərin andiçmə mərasimində iştiraklarına görə, 28.05.2006-cı il Respublika günü münasibətilə, 28.12.2006-cı ildə Dünya azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibəti ilə, 21.03.2007-ci il Novruz bayramı münasibətilə, 01.01.2008-ci il Yeni il münasibəti ilə, 309 saylı hərbi hssədə də 05.02.2006-cı ildə gənc əsgərlərin andiçmə mərasimində iştiraklarına görə, 26.06.2006-cı ildə Silahlı Qüvvələrin yaranması günü münasibəti ilə keçirilmiş konsert proqramlarına görə hərbi hissə komandanlıqları tərəfindən təşəkkür məktubu və fəxri fərmanla təltif olunmuşlar.

15.03.2007-ci ildə “Break-Danse” qrupunun 10 saylı məktəbdə təşkil olunmuş Novruz şənliyində göstərdikləri nümunəvi çıxışlarına  görə məktəbin müdiriyyəti tərəfindən fəxri fərmanla təltif olunmuşdur. 

2008-ci ildə C.Cabbarlı adına mədəniyyət evinin və “Dostluq” mədəniyyət evinin istedadlı uşaqlarından təşkil olunmuş “Buta” folklor kollektivi Qazaxıstan Respublikasının Manqıstau vilayətinin Aktau şəhərində “Xəzər dostluq dənizidir” başlığı altında keçirilmiş Xəzəryanı dövlətlərin festivalında uğurla iştirak etmiş, I dərəcəli Diploma layiq görülmüş, hədiyyələrlə mükafatlandırılmışdır.


Mədəniyyət evinin direktoru – Qəhrəmanova Aygün Qəhrəman qızı

img_275527 may 1964-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur.

1981-1985-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif işi fakültəsini bitirərək klub işinin təşkilatçı metodisti ixtisasına yiyələnmişdir.

Mədəniyyət sahəsində bir sıra vəzifələrdə çalışan A.Qəhrəmanova 1996-2009-cu illərdə “Gənclik” klubunun müdiri vəzifəsinə irəli çəkilmişdir.

2009-cu ildən C.Cabbarlı adına mədəniyyət evinin direktorudur.

Sumqayıt şəhərinin yaradılmasının 60 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanına layiq görülmüşdür.