Q.Qarayev adına UMM

  • PDF

Qara Qarayev adına Uşaq Musiqi Məktəbi

Q.Qarayev adıaltna 1 saylı musiqi məktəbi 1954-cü ilin sonunda yaranmışdır.

1957-ci ildə məktəbin I korpusu, 1970-ci ildə  II korpusu müəllim  və şagirdlərin istifadəsinə verilmişdir.

Məktəb fəaliyyətə başladığı vaxtdan burada 10 nəfərə qədər şagird 3 sinifdə: fortepiano, xalq çalğı alətləri və simli alətlər sinfində təhsilə cəlb olunmuşdular. Onların təlim və təhsili ilə 4 müəllim məşğul olmuşdur.

Məktəbin ilk buraxılışı 1960-cı illərə təsadüf edir.

Məktəb uzun illər Gürcüstan Respublikasının Rustavi şəhərində fəaliyyət göstərən musiqi məktəbləri ilə dostluq əlaqələri saxlamışdır. Mütəmadi olaraq həm Rustavidə, həm də Sumqayıt, Quba, Qusar və Azərbaycanın bir çox rayonlarında musiqili görüşlər keçirərək, gözəl və rəngarəng konsert proqramları ilə çıxışlar etmişlər.

Məktəbin ifaçıları M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Azərbaycan simfonik orkestrinin müşaiyəti ilə  konsertlər vermiş, festival və müsabiqələrdə uğurlu çıxışlar etmişlər. Məktəbin şagirdləri  hər il keçirilən festival və müsabiqələrdən qalib, laureat, diplomant kimi qayıdırlar. 1972-ci il SSRİ Təhsilinin 50 illiyinə həsr olunmuş “Xalqlar dostluğu” konsertində fərqlənmə diplomu, 2006-cı ildə Respublika üzrə keçirilən  IV-Xor müsabiqəsində fərqlənmə diplomu, 2006-cı ildə simli alətlər üzrə keçirilən Respublika müsabiqəsində Şəms Əliyevaya yaxşı ifasına görə pul mükafatı təqdim olunmuşdur.

Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin adını daşıyan 1 saylı musiqi məktbi musiqi sahəsində ibtidai təhsil verir. Məktəbdə Azərbaycan xalq, klassik və dünya musiqisinin ən gözəl nümunələri tədris edilir. Məktəbdə uşaqların musiqi qabiliyyətinin aşkar olunması və inkişaf etdirilməsi üçün hər bir şərait yaradılılr.

Hal-hazırda məktəbdə 6 şöbə fəaliyyət göstərir:

-         Fortepiano şöbəsi

-         Xalq çalğı alətləri şöbəsi

-         Simli alətlər şöbəsi

-         Nəzəriyyə şöbəsi

-         Xor şöbəsi

-         Tədris köməkçi fənlər şöbəsi

Məktəbdə 577 şagird müxtəlif ixtisaslar üzrə, fortepiano, tar, kamança, Azərbaycan qarmonu, skripka, nağara, klarnet, xanəndə və s. siniflərdə təhsil alır, musiqinin sirlərinə yiyələnirlər.

Hal-hazırada şagirdlərin təlim-tərbiyəsi ilə 176 müəllim məşğul olur. Onlardan 27-si kişi, 149-u isə qadındır. 137 müəllim ali,37 orta ixtisas, 2 müəllim isə ibtidai təhsillidir.

Məktəbdə 30 sinif otağı, 1 konsert salonu var, təhsil müddəti -7 ildir.

Məktəbin istedadlı və qabiliyyətli şagirdləri təhsillərini davam etdirmək  məqsədi ilə demək olar ki, hər il müvafiq ixtisaslar üzrə orta ixtisas və ali ixtisas təhsil müəssisələrinə qəbul olunurlar. Bu təhsil müəssisələrinə misal olaraq Sumqayıt, Bakı və Şuşa musiqi texnikumlarını göstərmək olar.

Ünvan: 9-cu məhəllə, “A.S.Puşkin” küç. Ev 8/15.

Tel: 64-5-79-42; 64-5-06-81.

Məktəbin direktoru – Məmmədov İlham Alusman oğlu

14 iyun 1962-ci ildə Quba şəhərində anadan olmuşdur.

1985-1990-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri şöbəsini bitirərək, konsert ifaçısı, xalq alətləri orkestrinin dirijoru, müəllim ixtisasına yiyələnmişdir.

Azərbaycan Dövlət Konservatoriyası və Sumqayıt Musiqi Texnikumunda pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

2006-cı ildən Q.Qarayev adına Uşaq Musiqi Məktəbinin direktorudur.

2009-cu ildə Sumqayıt şəhərinin yaradılmasının 60 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm İdarəsi tərəfindən Fəxri Fərmana layiq görülmüşdür.