Bülbül adına UİM

  • PDF

Bülbül adına Uşaq İncəsənət Məktəbi            

Sumqayıt şəhər Bülbül adına 2 saylı Uşaq İncəsənət məktəbi  1 oktyabr 1971-ci ildən fəaliyyət göstərir. Hal-hazırda məktəbdə 713 şagird təhsil alır. Müəllim heyəti 180 nəfərdən ibarətdir.

Fəaliyyət göstərən müddətdən indiyədək məktəb fortepiano, Azərbaycan xalq çalğı alətləri, xanəndəlik, nəfəs və simli alətlər, akkordeon, musiqi nəzəriyyəsi, vokal rəssamlıq və xoreoqrafiya üzrə uşaqlara ibtidai təhsil verir. Azərbaycan, xalq , klassik  musiqisi, dünya xalqlarının musiqisindən seçilmiş nümunələr şagirdlərin estetik zövqünü formalaşdırır, istedadlı uşaqların üzə çıxarılması və onların müvafiq ixtisaslar üzrə orta ixtisas və ali məktəblərə qəbul olunması üçün hazırlayır. Məktəb, şagirdləri Mədəniyyət və Turizm İdarəsinin təqdimatı əsasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə müxtəlif uşaq və gənclər festivallarına, müsabiqələrin, rəssamlıq şöbəsinin  sərgilərdə iştirak etməsinə hazırlayır.

2004-cü il yanvarın 30-da Sumqayıt şəhərində uşaq və gənclər arasında “İstedad-2003” müsabiqə konsert keçirilmişdir. Müsabiqəni məktəbin müəllimlərindən ibarət xalq çalğı alətləri ansamblı müşayiət etmişdir. Müsabiqədə məktəbin V sinif şagirdləri I və III yerə layiq görülmüşlər.

13-19 may 2004-cü ildə Astara şəhərində keçirilən Uşaq muğam ifaçılarının II Respublika müsabiqəsində məktəbin şagirdi II yerə layiq görülmüşdür.

10 mart 2005-ci il tarixində Sumqayıt şəhər Gənclər və İdman,  Mədəniyyət və Turizm İdarələri ilə birlikdə gənclər arasında “İstedad 2005” müsabiqəsi keçirilmişdir. Bu müsabiqədə məktəbin şagirdləri I və II yerə layiq görülmüşlər. 2005-ci ildə Bakı şəhərində Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin fortepianoda ansambl ifaçılığı baxışında məktəbin şagirdləri tərifnamə ilə təltif edilmişlər.    

2005 - 2006-cı illərdə Respublika üzrə xor kollektivləri arasında müsabiqə keçirilmişdir. Bülbül adına 2 nömrəli Uşaq incəsənət məktəbinin xor kollektivi ardıcıl olaraq III- yerə layiq görülmüşdür.  

28 Dekabr Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş “Azərbaycan doğma yurdum” mövzusunda  Uşaq incəsənət və rəssamlıq məktəbləri şagirdlərinin rəsm əsərləri və əl işlərindən ibarət Respublika müsabiqəsinə məktəbimizin rəsm şöbəsi şagirdlərinin rəsm əsərləri təqdim edilmişdir. Məktəbimizin şagirdinin əl işi mükafata layiq görülmüşdür.            

27 mart 2007-ci ildə Bakı şəhərində “Çin uşaqların gözü ilə” Respublika müsabiqəsi keçirilmişdir. Bu müsabiqədə məktəbimizin şagirdləri I-yerə layiq görülmüş və kompüterlə mükafatlandırılmışdır. Bir neçə şagirdimiz həvəsləndirici hədiyyələrlə qiymətləndirilmişlər. 2007-ci ildə Respublika üzrə xor kollektivlərinin V Respublika müsabiqəsində məktəbin xor kollektivi fəxri fərmanla təltif olunmuşdur.

25 dekabr 2007-ci ildə Azərbaycan vokal məktəbinin banisi “Bülbülün 110 illik” yubileyi keçirilmişdir.

Ünvan: 9-cu mikrorayon, Koroğlu küçəsi.

Tel: 018-64-2-16-27.


Müfid-zadə Lətafət Həmid qızı

5 iyun 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1970-1974-cü illərdə Sumqayıt Musiqi Texnikumunu bitirərək, Fortepiano ixtisası üzrə müəllim,  1977-1982-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqogika və psixologiya fakültəsini  bitirərək pedaqogika və psixologiya müəllimi, metodist ixtisaslarına yiyələnmişdir.

1992-1994-cü illərdə Bülbül adına Uşaq İncəsənət məktəbində dərs hissə müdiri vəzifəsində çalışmışdır.

1994-cü ildən Bülbül adına Uşaq İncəsənət məktəbinin direktorudur.

2009-cu ildə Sumqayıt şəhərinin yaradılmasının 60 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm İdarəsi tərəfindən Fəxri Fərmana və "Əməkdar Mədəniyyət İşçisi" fəxri adına  layiq görülmüşdür.