S.Rüstəmov adına MM

  • PDF

Səid Rüstəmov adına Uşaq İncəsənət Məktəbi

Məktəb Sumqayıt şəhər 6-cı mk/r, ev 1 ünvanında yerləşir, 1976-cı ldən fəaliyyət göstərir. Məktəbdə 7 şöbə var:

1.       Fortepiano şöbəsi

2.       Xalq çalğı alətləri şöbəsi

3.       Simli və nəfəsli alətlər şöbəsi

4.       Azərbaycan qarmonu şöbəsi

5.       Nəzəriyyə şöbəsi

6.       Ansambl akkomponiment şöbəsi

7.       Ümumi fortepiano şöbəsi

Məktəbdə 730 şagird təhsil alır. Həmin şagirdlərə 239 müəllim dərs deyir. Fortepiano şöbəsində 476 şagird, xalq çalğı alətləri şöbəsində 92 şagird, simli və nəfəsli alətlər şöbəsində 38 şagird, Azərbaycan qarmonu şöbəsində 124 şagird təhsil alır. Məktəbdə 42 ali ixtisas və ali təhsili, 193 orta ixtisas təhsilli və 4 orta təhsilli müəllim çalışır. Məktəbdə təcrübəli müəllimlər çoxdur. Məktəbin şagirdləri respublika, zonalararası, şəhərdaxili müsabiqələrdə həmişə yüksək yerlərə layiq görülmüş, diplom və fəxri fərmanlarla təltif olunmuşlar.

Məktəbdə hər il bəstəkarların yaradıcılıq gecələri keçirilir. Məktəbdə metodiki məşğələlər, açıq dərslər, sinif konsertləri və ədəbi bədii gecələr keçirilir. Buna misal olaraq M.Füzulinin 500 illiyi, S.Rüstəmin 90 illiyi, Ə.Vahidin 100 illiyini göstərmək olar. Məktəbdə müəllimlərdən ibarət xalq çalğı alətləri, xalq çalğı alətləri orkestri, şagirdlərdən ibarət xor, skripka çalanlar ansamblı, qarmon çalanlar ansamblı və nağara çalanlar ansamblı vardır. Xalq çalğı alətləri yarandığı gündən şəhərin bütün tədbirlərində, hərbi hissələrdə, qaçqın və köçkün ailələri qarşısında müvəffəqiyyətlə çıxışlar etmişlər.

Məktəbin I binasında Qubadlı rayonunun 2 qaçqın məktəbi yerləşir. Məktəb əlindən gələn köməyi onlardan əsirgəmir.


Məktəbin direktoru – Əzizov Əziz Sədi oğlu

eziz-muellim

5 fevral 1959-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur.

1984-cü ildə S.Hacıbəyov adına Orta İxtisas Musiqi məktəbinin Xalq Çalğı Alətləri şöbəsini, 1984-1989-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirərək, orkestr artisti, müəllim ixtisasına  yiyələnmişdir.

1979-1981-ci illərdə "Gənclik" klubunda tar dərnəyinin rəhbəri, 1981-ci ildən Sumqayıt şəhəri S.Rüstəmov adına uşaq incəsənət məktəbində tar müəllimi işləmişdir.

1992-cü ildən S.Rüstəmov adına Uşaq İncəsənət məktəbinin tədris hissə müdiri vəzifəsinə təyin edilmişdir.

 2009-cu ildə Sumqayıt şəhərinin yaradılmasının 60 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm İdarəsi tərəfindən Fəxri Fərmana layiq görülmüşdür.