Ə.Bakıxanov adınaUİM

  • PDF

Əhməd Bakıxanov adına Uşaq İncəsənət Məktəbi

Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsi Ə.Bakıxanov adına  Uşaq İncəsənət Məktəbi 1982-ci ilin sentyabr ayında yaranmışdır.

Maddi texniki bazası – Musiqi alətləri, musiqi tədrisinə dair ədəbiyyatlar, kompüter.

Məktəb uşaqlara musiqi, rəssamlıq, xoreoqrafiya sahəsində ibtidai təhsil verir. Azərbaycan xalq, klassik və dünya mədəniyyəti və incəsənətinin ən gözəl nümunələri əsasında onların estetik zövqünü formalaşdırır.

Hal-hazırda 373 nəfər şagird 10 ixtisas üzrə: fortepiano, skripka, tar, kamança, qarmon, klarnet, nağara, xanəndəlik-muğam, rəsm, rəqs üzrə təhsil alır.

Məktəbdə 91 nəfər müəllim çalışır. Onlardan 12 nəfər ali, 6 nəfər orta, qalanları isə orta ixtisas təhsillidir.

07.04.2007-ci il tarixində simli və nəfəsli alətlər üzrə keçirilmiş respublika müsabiqəsində məktəbimizin skripka şöbəsinin IV sinif şagirdi Nəzərov Səbuhi Rahim oğlu həvəsləndirici yer tutması,  2007-ci il aprel ayında rəssamlıq şöbəsinin şagirdlərinin “Kosmosla rəmzi dialoq” adı altında keçirilmiş respublika müsabiqəsində şagirdlərin iştirakı,  2007-ci il mart ayında “Çin uşaqların gözü ilə” respublika müsabiqəsində iki şagirdin  III yerə layiq görülməsi  məktəbin son illərdə qazandığı nailiyyətlərdəndir.

 

Məktəbin direktoru – Vaqif Səttar oğlu Süleymanov

vaqif suleymanov15 iyul 1957-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1976-1981-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri şöbəsini bitirərək, tar müəllim ixtisasına yiyələnmişdir.

1977-1981-ci illərdə “Kimyaçılar” mədəniyyət sarayında, 1982-1984-cü illərdə S.Rüstəmov adına Uşaq İncəsənət Məktəbində tar ixtisası üzrə müəllim, 1984-2010-cu illərdə isə həmin məktəbin Xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

2010-cu ildən etibarən Ə.Bakıxanov adına Uşaq İncəsənət Məktəbinin direktorudur.

Mədəniyyət sahəsində göstərdiyi xidmətlərə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Fəxri Fərman və pul mükafatı ilə təltif edilmişdir.