Kitabxana filiallar

  • PDF

Sumqayıt Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sumqayıt şəhər Mərkəzləşdirilmiş  kitabxana sistemi 1974-cü ildə yaradılmışdır. Mərkəzləşdirilmiş kitabxana sisteminə 20 dövlət kitabxanası: S.Vurğun adına  Mərkəzi şəhər kitabxanası, 13 böyük, 1 gənclər, 4 uşaq kitabxanası və N.Gəncəvi adına Uşaq kitabxana-klub daxildir. Mərkəzləşdirilmiş kitabxana sisteminin 2007-ci ilin yekununa əsasən fondu 626620 nüsxə ,oxucusu  41931 nəfər, kitab verilişi 855314 nüsxə, oxucuların kitabxanaya gəlişi 468490 nəfər  olmuşdur. İl ərzində MKS-in fonduna 8928 nüsxə yeni ədəbiyyat daxil olmuşdur.


Kİtabxana-fİlİallar

1 saylı  kitabxana-filial

1967-ci ildən fəaliyyət göstərir. Sahəsi 84 m2-dir. 2007-ci ilin yekununa görə  kitabxananın fondu  23132 nüsxə, oxucusu  2008 nəfər, kitab verilişi 42825 nüsxə, oxucuların kitabxanaya gəlişi 26059 nəfər olmuşdur. İl ərzində kitabxanaya 212 nüsxə yeni ədəbiyyat daxil olmuşdur.Kitabxananın 2 işçisi var. Hər ikisi orta ixtisaslıdır. Kitabxana –filial 13-cü mkr, ev 15, mən. 47 ünvanında yerləşir.

M.Ə.Rəsulzadə adına 2 saylı kitabxana-filial

MKS-in 2 saylı kitabxana-filialı 1968-ci ildən fəaliyyət göstərir. 1991-ci ildən M. Ə. Rəsulzadənin adını daşıyır. Sahəsi 227 m2-dir.Kitabxananın  fondu 45302 nüsxə, oxucusu 3004 nəfər, kitab verilişi 64554 nüsxə, gəliş 35461 nəfər olmuşdur. İl ərzində kitabxanaya 391 nüsxə yeni ədəbiyyat daxil olmuşdur. Kitabxana 45-ci məh., ev 79 ünvanında yerləşir.

M.Ə.Sabir  adına 3 saylı kitabxana-filial

MKS-in  3  saylı kitabxana-filialı 1969-cu ildən fəaliyyət göstərir. 1992-ci ildən satirik şairimiz M.Ə.Sabirin adını daşıyır.  Sahəsi 125 m2-dir. Kitabxananın fondu 35922 nüsxə, oxucusu 2316 nəfər, kitab verilişi 46055 nüsxə, oxucuların kitabxanaya gəlişi 26944 nəfərdir.İl ərzində kitabxanaya 343 nüsxə yeni ədəbiyyat daxil olmuşdur. Kitabxanada 4 işçi çalışır. Onlardan bir ali, üçü isə orta ixtisaslıdır. Kitabxana 8-ci mkr., ev 18/6 ünvanında yerləşir.

4 saylı gənclər kitabxana-filiali.

MKS-in 4 saylı Gənclər kitabxana-filialı 1969-cu ildən fəaliyyət göstərir. Sahəsi 86 m2-dir. İl ərzində kitabxananın fondu 34188 nüsxə, oxucusu 2327 nəfər, kitab verilişi 42824 nüsxə, kitabxanaya gəliş 26949 nəfər olmuşdur.  Ötən il kitabxanaya 431 nüsxə yeni ədəbiyyat daxil olmuşdur. Kitabxananın 3 işçisi var. Onlardan biri ali təhsilli, qalanı orta ixtisas təhsillidir.Kitabxana Azadlıq küşəsi, ev 6 ünvanında yerləşir.

5 saylı kitabxana-filial

MKS-in 5 saylı kitabxana-filialı 1969-cu ildən fəaliyyət göstərir. Sahəsi 77 m2-dir. Kitabxananın fondu 27371 nüsxə, oxucusu 2480 nəfər, kitab verilişi 47598 nüsxə, kitabxanaya gəliş 17835 nəfərdir. İl ərzində kitabxanaya 227 nüsxə yeni ədəbiyyat daxil olmuşdur. Kitabxanada 3 işçi çalışır. Onlardan 1 ali, ikisi orta ixtisas təhsillidir. Kitabxana 12 mkr. ev 8, mən 47 ünvanında yerləşir.

6  saylı  kitabxana-filial

MKS-in 6 saylı kitabxana0filialı 1969-cu ildən fəaliyyət göstərir. Sahəsi 110 m2-dir. Kitabxananın fondu 27812 nüsxə, oxucusu 2007 nəfər, kitab verilişi 43432 nüsxə, kitabxanaya

gəliş 26340 nəfərdir. İl ərzində kitabxanaya 239 nüsxə yeni ədəbiyyat  daxil olmuşdur. Kitabxanada 2 işçi çalışır. Onlardan 1 ali, digəri orta ixtisas təhsillidir. Kitabxana 3 mkr. ev 19A ünvanında yerləşir.

H.Z.Tağiyev adına 7 saylı uşaq kitabxana-filial

MKS-in 7 saylı Uşaq kitabxana-filialı 1969-cu ildə açılıb. 1991-ci ildən  marifpərvər millionçu H.Z.Tağıyevin adını daşıyır. Sahəsi 74,1 m2-dir. Kitabxananın fondu 26818 nüsxə, oxucusu 2500 nəfər, kitab verilişi 48000 nüsxə, kitabxanaya gəliş 35000 nəfərdir. İl ərzində kitabxanaya 240 nüsxə yeni ədəbiyyat daxil olmuşdur.Kitabxanada 4 işçi çalışır. Onlardan 1 ali, qalanları orta ixtisas təhsillidir. Kitabxana 5-ci mkr. ev 6/53 ünvanında yerləşir.

8 saylı  uşaq   kitabxana-filial

MKS-in 8 saylı uşaq kitabxana-filialı 1971-ci ildən fəaliyyət göstərir. Sahəsi 156 m2-dir. Kitabxananın fondu 26606 nüsxə, oxucusu 2002 nəfər, kitab verilişi 43661 nüsxə, kitabxanaya gəliş 17880 nəfərdir. İl ərzində kitabxanaya 227 nüsxə yeni ədəbiyyat daxil olmuşdur. Kitabxanada 3 işçi çalışır. Hər üçü orta ixtisas təhsillidir. Kitabxana 9 mkr. ev 91A ünvanında yerləşir.

Ə.Vahid adına 9 saylı  kitabxana-filial

MKS-in 9 saylı kitabxana-filialı 1973-cü ildən fəaliyyət göstərir. 1992-ci ildən Ə.Vahidin adını daşıyır. Sahəsi 134,7 m2-dir. Kitabxananın fondu 31912 nüsxə, oxucusu 2236 nəfər, kitab verilişi 42242 nüsxə, kitabxanaya gəliş 32800 nəfərdir. İl ərzində kitabxanaya 316 nüsxə yeni ədəbiyyat daxil olmuşdur. Kitabxanada 3 işçi çalışır. Onlardan biri ali təhsillidir, ikisi orta ixtisas təhsillidir. Kitabxana 6 mkr. ev 1A ünvanında  yerləşir.

C.Məmmədquluzadə adına 10 saylı kitabxana-filial

MKS-in 10 saylı kitabxana-filialı 1949-cu ildə açılıb.1966-cı  ildən C.Məmmədquluzadənin adını daşıyır. Sahəsi  225 m2-dir. Kitabxananın fondu 32205 nüsxə, oxucusu 2258 nəfər, kitab verilişi 46414 nüsxə, kitabxanaya gəliş 27396 nəfərdir. İl ərzində kitabxanaya 241 nüsxə yeni ədəbiyyat daxil olmuşdur. Kitabxanada 3 işçi çalışır. Onlardan ikisi ali , bir nəfəri orta təhsillidir. Kitabxana 5 mkr., av 20/21 ünvanında yerləşir.

11 saylı kitabxana-filial

MKS-in 11 saylı kitabxana-filialı 1958-ci ildən fəaliyyət göstərir. Kitabxananın fondu 11513 nüsxə, oxucusu 750 nəfər, kitab verilişi 11625 nüsxə, kitabxanaya gəliş 11213 nəfərdir. İl ərzində kitabxanaya 206 nüsxə yeni ədəbiyyat daxil olmuşdur. Kitabxanada bir orta ixtisaslı işçi çalışır. Kitabxana Corat qəsəbəsində yerləşir.

12 saylı uşaq  kitabxana-filial

MKS-in 12 saylı kitabxana-filialı 1953-cü ildən fəaliyyət göstərir. Sahəsi 267 m2-dir. Kitabxananın fondu 39730 nüsxə, oxucusu 2286 nəfər, kitab verilişi 42077 nüsxə, kitabxanaya gəliş 21681 nəfərdir. İl ərzində kitabxanaya 321 nüsxə yeni ədəbiyyat  daxil olmuşdur. Kitabxanada 4 işçi çalışır. Onlardan 2 ali, 2 orta ixtisas təhsillidir. Kitabxana Azadlıq küçəsi, ev 6 ünvanında  yerləşir.

13 saylı  kitabxana-filial

MKS-in 13 saylı kitabxana-filialı 1976-cı ildən fəaliyyət göstərir. Sahəsi 70 m2-dir. Kitabxananın fondu 21995 nüsxə, oxucusu 710 nəfər, kitab verilişi 10036 nüsxə, kitabxanaya gəliş 4024 nəfərdir. İl ərzində kitabxanaya 211 nüsxə yeni ədəbiyyat daxil olmuşdur. Kitabxanada 1 orta ixtisaslı işçi çalışır.

Kitabxana “28 may” Mədəniyyət evinin nəzdində  yerləşir

14 saylı  kitabxana-filial

MKS-in 14 saylı kitabxana-filialı 1978-ci ildən fəaliyyət göstərir. Sahəsi 127 m2-dir. Kitabxananın fondu 26621 nüsxə, oxucusu 2313 nəfər, kitab verilişi 42023 nüsxə, kitabxanaya gəliş 11553 nəfərdir. İl ərzində kitabxanaya 265 nüsxə yeni ədəbiyyat daxil olmuşdur. Kitabxanada 3 orta ixtisaslı işçi çalışır. Kitabxana 17 mkr., ev 24 ünvanında  yerləşir.

16 saylı   kitabxana-filial

MKS-in 16 saylı kitabxana-filialı 1980-ci ildən fəaliyyət göstərir. Sahəsi 86,85 m2-dir. Kitabxananın fondu 22501 nüsxə, oxucusu 1519 nəfər, kitab verilişi 28408 nüsxə, kitabxanaya gəliş 21974 nəfərdir. İl ərzində kitabxanaya 220 nüsxə yeni ədəbiyyat daxil olmuşdur. Kitabxanada 2  işçi çalışır. Onlardan 1 ali, 1 orta ixtisas təhsillidir. Kitabxana 42 məh., ev 2 ünvanında  yerləşir.

17 saylı   kitabxana-filial

MKS-in 17 saylı kitabxana-filialı 1981-ci ildən fəaliyyət göstərir. Sahəsi 77,3 m2-dir. Kitabxananın fondu 22404 nüsxə, oxucusu 581 nəfər, kitab verilişi 10748 nüsxə, kitabxanaya gəliş 7060 nəfərdir. İl ərzində kitabxanaya 214 nüsxə yeni ədəbiyyat daxil olmuşdur. Kitabxanada 1 ali təhsilli işçi çalışır. Kitabxana H.Z.Tağıyev qəsəbəsində  yerləşir.

18 saylı   kitabxana-filial

MKS-in 18 saylı kitabxana-filialı 1994-cü ildən fəaliyyət göstərir.  Kitabxananın fondu 1590 nüsxə, oxucusu 698 nəfər, kitab verilişi 762 nüsxə, kitabxanaya gəliş 900 nəfərdir. İl ərzində kitabxanaya 174 nüsxə yeni ədəbiyyat daxil olmuşdur. Kitabxanada 1 orta ixtisaslı işçi çalışır.  Kitabxana Sarıqaya yaşayış massivində qaçqın düşərgəsində  yerləşir.

N.Gəncəvi adına uşaq  kitabxana-klub

Uşaq kitabxana-klub 1988-ci ildən fəaliyyət göstərir. Sahəsi 1000 m2-dir. Kitabxananın fondu 19736 nüsxə, oxucusu 3609 nəfər, kitab verilişi 81144 nüsxə, kitabxanaya gəliş 46401 nəfərdir. İl ərzində kitabxanaya 288 nüsxə yeni ədəbiyyat olmuşdur.

Kitabxana-klubun əsas vəzifəsi uşaqları kitabxanaya cəlb etmək, onların dünyagörüşünün formalaşmasına  kömək etmək, peşəyönümlü dərnəklərdə məşğul olmaları üçün şərait yaratmaqdan ibarətdir. Fəaliyyətə başladığı ildə tar, az.qarmon, fortepiano, nağara, gitara, saz, xor, biçmə-tikmə, qadın bərbəri, foto, rəssamlıq, kulinariya, xalçaçılıq, ailədə sağlamlığın qorunması, mühasibatlıq dərnəklərində uşaqlar həvəslə məşğul olmuşlar. “Qönçə” uşaq ansamblının repertuarı çox geniş və zəngin olmuşdur. “Bakı-92” uşaq festivalında ansambl Mədəniyyət Nazirliyinin Diplomuna layiq görülmüşdür. Kitabxana-klub hər il 3600 oxucuya xidmət edir. Kitabxana-klubda bir-birindən maraqlı tədbirlər keçirilir. Ədəbi-bədii gecələr, oxucular konfransı, şair və yazıçılarla görüşlər, kitab müzakirələri, qəhrəman günü, viktorinalar, sual-cavab gecələri, səhərciklər oxucuların həvəslə iştirak etdikləri tədbirlərdir.

Kitabxana-klub hər il 33 saylı məktəbdə fəaliyyət göstərən yay düşərgəsində dincələn uşaqlar üçün müxtəlif mövzularla bağlı tədbirlər keçirir.

Ünvan: 13 mikrorayon, ev 56.