N.Nərimanov adına Mədəniyyət Mərkəzi

  • PDF

nerimanovMədəniyyət mərkəzi 1954-cü ildə “Azərdövlətarxivlayihə” tərəfindən hazırlanmış layihə-smeta sənədləri əsasında inşa edilib və aşağıdakı elementlərə ayrılır: Mədəniyyət evinin Qış binası, Yay klubu, torpaq-bağ sahəsi, santexniki otaqlar.

Mədəniyyət mərkəzində 30 yerlik tamaşa zalı dərnək və əməkdaşların fəalyyəti üçün 15 iş otağı vardır.

Mədəniyyət mərkəzi dövlət tərəfindən qorunan yerli əhəmiyyətli memarlıq abidəsidir.

Mədəniyyət mərkəzinin ümumi sahəsi 1434 kv.m-dir. İstifadə üçün yararlı sahəsi 1386 kv.m-dir.

Mədəniyyət mərkəzi keçmiş Sumqayıt Alüminium zavodunun  balansında olmuş, 1999-cu ildə Sumqayıt  şəhər Mədəniyyət və Turizm İdarəsinin balansına verilmişdir.

Mədəniyyət mərkəzi 2015-ci ilə qədər mədəniyyət evi kimi fəaliyyət göstərmiş, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 29.04.2015-ci il tarixli 217 nömrəli əmrinə əsasən mədəniyyət evinin adı dəyişdirilərək N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzi adlandırılmış, idarənin tabeliyində olan digər klub müəssisələri (mədəniyyət evləri və klublar) bu Mədəniyyət Mərkəzinin fialiallarına çevrilmişdir. 

Mədəniyyət mərkəzi fəaliyyətini geniş və əhatəli qurmuşdur. Belə ki, bədii özfəaliyyət kollektivləri yaxın keçmişdə Rusiyanın Arxangelsk vilayətində İnşaatçılar, Tümen neftçiləri qarşısında, keçmiş SSRİ-nin Xalq Təsərrüfatı Nailyyətləri Sərgisində çıxış etmişlər. 1985-ci ilədək mədəniyyət evində 18 adda müxtəlif janrlar üzrə bədii özfəaliyyət kolektivləri fəaliyyətdə olub.

“Karavella” vokal insturmental ansamblı / rəh: V.Gelas /

Nəfəs alətləri orkestri /Rəh: F,Gerson /

Azərbaycan xalq rəqsləri kollektivi / rəh: A.Rəhimov /

Uşaq estrada kollektivi / rəh: A.Dubrovina /

Rus-rəqs kollektivi / rəh: Z.Şqadenko /

“Pöhrə” aşıqlar ansamblı /rəh: S.Abbasov /

“Arzu” təşviqat briqadası / rəh: S.Bəkirova /

“Səma” qızlar ansamblı /rəh: C.Bəkirova /

“Segah” muğam ansamblı / rəh: M.Musayeva /

“Rəndə” satira  teatrı /rəh: S.Məsimova /

Bədii qiraət dərnəyi / rəh: Z.Kazımova /

Toxuculuq dərnəyi /rəh: Q.Məmmədli /

Xalq çalğı alətləri ansamblı / rəh: Z.Əliyeva /

“Karavella” vokal instrumental ansamblı, Nəfəsli alətlər orkestri 1-ci Ümumittifaq bədii özfəaliyyət yaradıcılığı festivalında (1975-1977) iştirak etmş və laureat adına layiq görülmüşlər.

“Pöhrə” aşıqlar ansamblı Böyük Vətən Müharıbəsinin 40 illiyinə həsr olunmuş Ümumittfaq bədii özfəaliyyət yaradıcılığı festivalının laureatı olmuşdur.

Azəbaycan zəhmətkeşlərinin bədii özfəaliyyət yaradıcılıq müvəffəqiyyətlərinə görə Nəfəsli alətlər orkestri keçmiş Ali Sovetin fəxri fərmanına layiq görülmüşdür.

“Bədii Təşviqat” briqadası, Nəfəsli alətlər orkestri, Aşıqlar ansamblı, Radio-texnika dərnəyi “Karavella” estrada ansamblı bədii özfəaliyyət kollektivlərinin Respublika baxış müsabiqələrinin dəfələrlə iştirakçısı olmuş və diplomlarla təltif edilmişlər. “Bədii qiraət” dərnəyinin rəhbəri Ziba Kazımova “Azərbaycan əsgəri” Respublka Bədii qiraətçilərin müsabiqəsində yüksək ifaçılıq məharəti nümayiş etdirdiyinə görə Diplomla təltif edilmişdir.

Toxuculuq dərnəyi mədəniyyət evində 2008-ci ildən fəaliyyət göstərir. Məşğələlərdə dərnək üzvlərinə mil və milçə ilə toxumaq, muncuqlarla hörmə işi, müxtəlif kompozisiyalar hazırlamaq, makrame və iynəoyası öyrədilir. İl ərzində bir neçı dəfə dərnək üzvlərinin əl işlərindən ibarət sərgi keçirilir.

Mədəniyyət evində Sumqayıtda ilk dəfə olaraq uşaqlar üçün aşıq musiqisi kursu açılıb.

Hazırda mədəniyyət mərkəzində aşıqlar və gənclər üçün ingilis dili, Rəssamlıq, gənc qızlar üçün Qadın bərbəri, Ev tibb bacısı, Biçmə-Tikmə kursları, Aşıqlar ansamblı, “Dəcəl qızlar” rəqs kollektivi, “Arzu” instrumental ansamblı, məktəblilər üçün musiqinin Qarmon, Elektrogitara, Pianino, Sintezator, Nağara və s. janrlar üzrə dərnəklər və kurslar fəaliyətdədir.

Mədəniyyət mərkəzində fəaliyyət göstərən bədii özfəaliyət kolektivləri tez-tez hərbi hissələrdə, o cümlədən Yaşmada, Z.Tağıyev qəsəbəsində yerləşən hərbi hissələrdə, Hərbi hospitalda rəngarəng konsert proqramları ilə çıxış etmiş, təşəkkür məktubları, fəxri fərmanlar almışdır.

Mədəniyyət mərkəzində hər il Beynəlxalq rəqs günü, Milli İstiqlal günü, Ümummilli liderimiz H.Əliyevin doğum  günü münasibətilə, 20 Yanvar , Xocalı faciəsi, 31 Mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş və s. tədbirlər keçirilir, sənət adamları, şair və yazıçılarla görüşlər təşkil olunur.

Mədəniyyət mərkəzində fəaliyyətdə olan Ukrayna Dostluq Cəmiyyəti Sumqayıt şöbəsinin xətti ilə birlikdə azsaylı xalqlarla sistematik olaraq mədəni-kütləvi tədbirlər keçirilir, müxtəlif mövsuda mərasimlər təşkil olunur.

Ünvan: H.Əliyev prospekti 1.

Tel: 64-5-23-31

 

Mədəniyyət Mərkəzinin direktoru – Şəfiyev Samir Nizaməddin oğlu

samir-sefiyevv7 yanvar 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.

1999-2003-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru fakultəsini bitirərək, Teatr kollektivinin rejissoru ixtisasına yiyələnmişdir.

2006-2009-cu illərdə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında rejissor köməkçisi və rejissor, 2009-2012-ci illərdə 4 saylı şəhər klubunun müdiri vəzifələrində çalışmışdır.

2012-ci ildən N.Nərimanov adına mədəniyyət mərkəzinin direktorudur.