Şəhər mədəniyyət evi

  • PDF

sme

Şəhər Mədəniyyət Evi 1963-cü ildə xüsusi layihə üzrə tikilərək istifadəyə verilmişdir. Binanın tərkibində “Yay bağı” yerləşir. 760 nəfərlik tamaşaçılar zalı vardır. Ümumi sahəsi 1067,6 kv.metr, binanın balans dəyəri (min manat)-196318, istifadə olunan sahə 900,5 kv.metrdir.

Mədəniyyət evi II kateqoriyaya daxildir. İlk rəqs meydançası məhz Şəhər Mədəniyyət Evinə həvalə edilib. Mədəniyyət evinin “Yay zalı”nda müxtəlif şou proqramlar, teatr tamaşaları, kinofilmlər nümayiş etdirilib. Burada keçmiş SSRİ-nin müxtəlif şəhərlərindən olan estrada qruplarının konsertləri təşkil edilmiş, müxtəlif tipli (estrada, xalq) qrupları yaradılmışdır. “Varislər”, “Karvan” və s. estrada qrupları bu qəbildəndir.

Mədəniyyət evində hal-hazırda fəaliyyət göstərən “Gənclik” xalq çalğı alətləri ansamblı 1968-ci ildə yaranmışdır. 1978-ci ildə Mədəniyyət Nazirliyinin 15 №-li qərarı ilə bu kollektivə  “xalq” kollektivi adı verilmişdir. 19 musiqi alətindən ibarət olan bu kollektiv baxış müsabiqələrdə, festivallarda, rayon və ümumrespublika tədbirlərində iştirakçı olmuş, fəxri fərmanlarla, diplomlarla təltif edilmiş, laureat adına layiq görülmüşdür. 1976-cı ildə “Töhfə” adlı ansamblı yaradılmışdır. Cəlilovlar ailəsinin üzvlərindən ibarət olan ansambl 12 nəfər müxtəlif  musiqi alətlərində ifa edən musiqiçilərdən və rəqqaslardan təşkil olunmuşdur.

Bu ansambl 1978-ci ildə III dərəcəli diplomla, 1982-ci ildə fəxri fərmanla, 1983-cü ildə diplomla, 1985-ci ildə 2 diplomla, 1987-ci ildə diplomla təltif edilmiş və laureat adına layiq görülmüşdür.

1980-ci ildə 28 nəfər müharibə və əmək veteranlarından ibarət “Veteranlar” beynəlmiləl xoru yaradılmışdır. 1985-ci ildə Mədəniyyət Nazirliyinin kollegiyasının 4 №-li qərarı ilə xora “xalq” kollektivi adı verilmişdir. Xor kollektivi baxış müsabiqələrdə, festivallarda, respublika üzrə keçirilən tədbirlərdə iştirakçı olmuş, fəxri fərman və  diplomlarla təltif edilmişdir.

1982-ci ildə Şəhər Mədəniyyət Evində “Spektr” adlı diskoteka dansinq yaradılmışdır.  Bu kollektiv Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən fəxri fərmana layiq görülmüşdür.

1983-cü ildə “Bədii qiraət” briqadası yaradılmışdır. 6 nəfərdən ibarət olan bu kollektiv şəhər tədbirlərində və təhsil müəssislərində böyük uğurla çıxış etmişdir. Bu briqada fəxri fərmanla və bir neçə diplomla təltif edilmişdir.

Şəhər Mədəniyyət Evində müxtəlif kurslar  fəaliyyət göstərmişdir. Burada Xalq universiteti, musiqi kursları, sənət öyrətmə və digər dərnək və kurs birlikləri təşkil olunmuşdur.

Hal-hazırda mədəniyyət evində 12 nəfərdən ibarət “Gənclik” xalq çalğı alətləri ansamblı (konsertmeyster – Nəsibullayev H.B.), “Veteranlar” beynəlmiləl xoru (dirijor – Arazova R.R. və konsertmeyster – Xıdırov F.İ), 8 nəfərdən ibarət “Günəş” studiyası və “Göyərçin” kukla teatrı (rəhbər – Ələkbərli S.), müxtəlif kurs və dərnəklər fəaliyyət göstərir.

Şəhər Mədəniyyət Evinin “Çiçək” kukla teatrı Xalq teatrlarının I ümumrespublika baxış müsabiqəsində uğurla çıxış etmiş, ən yaxşı kukla tamaşasına görə diplom, pul və qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.

Tel: 64-6-01-13

 

Mədəniyyət evinin direktoru – Rəşidova Elnarə Alik qızı

elnar-ridova23 yanvar 1972-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1998-2003-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsini bitirərək Teatrşünaslıq ixtisasına yiyələnmişdir.

2004-2007-ci illərdə 6 saylı şəhər klubunda direktor vəzifəsində çalışmışdır.  2007-ci ildən Şəhər Mədəniyyət Evinin direktorudur.

Sumqayıt şəhərinin yaradılmasının 60 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı və pul mükafatına layiq görülmüşdür.