“28 May” diyarşünaslıq evi

  • PDF

28may-evi“28 May” diyarşünaslıq evi 1977-ci ildən fəaliyyət göstərir. Mədəniyyət evinin fəaliyyəti dövründə 1982-ci ildə Tənqid-Təbliğ “Xalq teatrı”, “Ümid” rəqs kollektivi, “Sevinc” instrumental ansamblı, bədii qiraət dərnəyi  yaranmışdır. Tənqid-Təbliğ “Xalq teatrı”nın kollektivi  Moskva Ümumittifaq Festivalının laureatı olmuş,  Bakı şəhərində keçirilən bir çox festivallarda, müsabiqələrdə iştirak etmişdir.

Hal-hazırda diyarşünaslıq evində “Şənlik” instrumental ansamblı, “Xalq teatrı”, bədii qiraət, rəqs kollektivi fəaliyyət göstərir və bununla yanaşı həmçinin mədəniyyət evində pullu kurslardan “Sintezator” və “Qadın bərbəri” fəaliyyət göstərir.

 

Diyarşünaslıq evinin direktoru – Vüsal Xasay oğlu Yaqublu



vusal_yaqublu1976- cı ildə Sumqayıt şəhərində anadan olmuşdur.

1996-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin Sənətşünaslıq fakultəsini bitirərək sənətşünas ixtisasına yiyələnmişdir.

2004-cü ildən əmək fəaliyyətinə Sumqayıt Dövlət Rəsm Qalereyasinda elmi işci kimi başlamış, 2004-2005-ci illərdə Veteran səhər klubunda müdir, 2005-2007-ci illərdə Qarabag kinoteatrına inzibatçı təyin edilmişdir.

2013-2016-cı illərdə Şəhər Mədəniyyət evində kütləvi təşkilatçı vəzifəsində çalışmışdır. 2016-çı ilin yanvar ayından “28 May” Diyarşünaslıq evinin direktoru vəzifəsinə təyın edilmişdir.