“Dostluq” mədəniyyət evi

  • PDF

Şəhərimizin ilk mədəniyyət ocaqlarından sayılan “Dostluq” mədəniyyət evi 1985-ci ildə şəhər mədəniyyət müəssisələri arasında birinci yerə çıxmış və şəhər rəhbərliyi tərəfindən mükafatlandırılmış, ikinci Ümumittifaq festivalın qalibi olmuşdur. Klubun 35 nəfər bədii özfəaliyyət kollektivlərinin üzvləri laureat adına layiq görülmüşlər. Mədəniyyət evinin mahnı və rəqs ansamblı, sirk incəsənət kollektivi Norilskdə, Arxangelskdə, Rustavidə, Rumıniyada, Almaniyada qastrolda olmuş, Çexoslavakiyada isə ansamblın iki üzvü “Qızıl Praqa” medalı ilə təltif olunmuşlar.

Respublikada ilk dəfə olaraq mədəniyyət evi briqada forması ilə işləmək üsulunu tətbiq edərək təsərrüfat hesablı “Politra” yaradıcılıq briqadasını yaratdı və onun yaxşı iş təcrübəsi respublika səviyyəsində yayılıb. Respublika tarixində ilk dəfə olaraq Azərbaycan dilində “Yuxu” adlı rok-qrupunu yaratdı. 1989-cu ildə bu qrup Bakıda keçirilən “Qızıl Payız-89” un qalibi oldu. “Yuxu” rok-qrupu tez br zamanda –yəni 1990-cı ildə Almaniyada keçirilən “Mayen-rok-90” festivalının qalibi olmuş, Avropanın ən güclü rok-kollektivi adına layiq görülərək mahnıları yazılmış diskləri buraxıldı. Qısa zamanda Türkiyədə qastrolda olan kollektivin gözəl çıxışları toplanaraq  audio kaset buraxıldı, bir çox xarici ölkələrə yayıldı.

“Dostluq” mədəniyyət evi yeganə mədəniyyət müəssisəsidir ki, 1985-ci ildən hal-hazıradək Abşeron ərazisindəki bütün hərbi hissələrə, Bakıdakı 2 № li tərbiyə əmək koloniyasına, Saray qəsəbəsindəki 7 № internat məktəbə mədəni hamilik xidməti göstərir.

Müharibə getdyi indiki şəraitdə respublikada ilk dəfə olaraq qaynar cəbhə bölgələrinə 1992-ci ildə konsert briqadası getmiş və hal-hazıradək bu xidmət işini davam etdirir.

“Dostluq” mədəniyyət evinin bədii özfəaliyyət kollektivləri 1992, 1993, 1994, 1995, 1996-cı illərdə Türkiyə Respublikasında qastrol səfərlərində olmuş, 1995-ci ildə Türkiyədə Novruz bayramı münasibətilə keçirilən Ümumdünya festivalında respublikamızı təmsil etmişlər.

Mədəniyyət evi 1993-cü ildə ikinci kateqoriyaya layiq görülmüşdür. Mədəniyyət Nazirliyinin 1994-cü ildə respublika üzrə apardığı kompleks yoxlamanın nəticələrinə görə “Dostluq” klubu növbədənkənar mədəniyyət evi statusuna layiq görülmüşdür.

1999-cu ildə “Dostluq” mədəniyyət evinə qocaman musiqiçilər cəlb edilmiş, ahıllardan (60 yşdan yuxarı) ibarət “Bahar” xalq çalğı alətləri ansamblını yaradılmışdır. Ansambl həmin il respublika üzrə keçirilmiş baxış-müsabiqənin qalibi olmuşdur. 2000-ci ildə Respublika Gənclər və İdman Nazirliyinin keçirdiyi baxış-müsabiqədə “Spark” rok-qupu qalib gələrək diplomla təltif olunmuşdur.

Hal-hazırda mədəniyyət evində fəaliyyət göstərən “Xəzri” xalq rəqs ansamblı  2009-cu il iyul ayının 17-dən 24-dək Türkiyənin Yalova şəhərində keçirilən “XII - TÜRK BOYLARI KÜLTÜR ŞÖLENİ” adlı beynəlxalq festivalda iştirak etmişdir.

Mədəniyyət evinin direktoru – Fətullayev Aslan Miri oğlu

aslan-ftullayev

 20 oktyabr 1956-cı ildə Lerik rayonunun Çayrud kəndində anadan olmuşdur.

1974-1976-cı illərdə N.K.Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumunu, 1977-1982-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif işi fakültəsini bitirərək Klub işinin təşkilatçı metodisti ixtisasına yiyələnmişdir.

Mədəniyyət sahəsində bir sıra vəzifələrdə çalışan A.Fətullayev 1984-cü ildən “Dostluq” mədəniyyət  evinin direktorudur.

Sumqayıt şəhərinin yaradılmasının 60 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı və pul mükafatına layiq görülmüşdür.