Corat mədəniyyət evi

  • PDF

Corat qəsəbə mədəniyyət evi 1927-ci ildən fəaliyyətə başlamışdır. Mədəniyyət evində 6 bədii özfəaliyyət kollektivi, 2 maraq klubu fəaliyyət göstərmişdir.

Kollektivlər: 1. “Karvan” xalq çalğı alətləri ansamblı; 2. “Qönçə” qarmonçalanlar ansamblı; 3. “Dram” dərnəyi; 4. “Bədii qiraət”; 5. “Xor” kollektivi; 6. Sirk kollektivi; 7. Meyxanaçılar qrupu.

Maraq klubları: 1. Veteran; 2. Stolüstü oyunlar.

Mədəniyyət evi yarandığı vaxtdan şəhərin mədəni həyatında fəal iştirak etmişdir. Səmərəli fəaliyyətinə görə dəfələrlə fəxri fərmanlar və diplomlarla təltif edilmişdir. Mədəniyyət evinin kollektivi ölkə və şəhər miqyaslı müsabiqə və festivallarda iştirak edərək laureat adını qazanmışdır. Qazandığı nailiyyətlər haqqında daim şəhər mətbuatında çıxış etmişdir.

 

Mədəniyyət evinin direktoru – Namiq Balami oğlu Balamiyev

namiq-corat11 iyul 1964-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur.

1987-1992-ci illərdə S.Hacıbəyov adına Sumqayıt Musiqi texnikumumun Tar üzrə tam kursunu bitirərək artist-pedaqoq ixtisasına yiyələnmişdir.

1991-2004-cü cü illərdə Bülbül adına UİM-də Tar ixtisasından dərs demiş, 2004-2011-ci illərdə Corat mədəniyyət evində bədii rəhbər vəzifəsində çalışmışdır.

2011-ci ildən Corat mədəniyyət evinin direktorudur.