4 saylı

  • PDF

1978-ci ildə yaranmışdır. Sentyabr ayından etibarən 27 saylı məktəbin nəzdində avqust ayında fəaliyyətə başlamışdır.

İlk kollektivləri – Həvəs birlikləri: 1. “Zaman və biz”: ( İctimai-siyasi gənclər klubu); 2. “Etika”: (Əxlaq normalarının təbliği); 3. “Estetika” (Estetik biliklərin təbliği); 4. “Gülçin” ( Ədəbi-bədi yaradıcılıq); 5. ”İdman” (Fiziki tərbiyə – Yüngül atletika, şahmat, domino); 6. “İstina” ( Dini-fəlsəfi baxışlar); 7. “Qamma” ( Musiqinin təbliği).

Dərnəklər: 1. Uşaq xalq çalğı alətləri ansamblı; 2. Xalq çalğı alətləri ansamblı; 3. Vokal instrumental ansamblı; 4. Kolorit-təsviri sənət (rəssamlıq); 5. Tətbiqi sənət (xalçaçılıq); 6. Bədi söz dərnəyi; 7. Dram kollektivi; 8. Orijinal janr (sirk-gözbağlayıcı); 9. Şərq üçlüyü (muğam); 10. Kukla teatrı.

Özünü maliyyələşdirən dərnəklər: 1. Biçmə-tikmə kursları; 2. Makrame; 3. Maşınla naxış; 4. Rəngkarlıq; 5. Heykəltəraşlıq; 6. Fars dili; 7. Ərəb dili; 8. Mozaika (bacarıqlı əllər); 9. Bədii toxuma; 10. Foto-kino həvəskarları.

4 saylı şəhər klubu II və III Ümumittifaq festivalların laureatı olmuşdur. 1979-cu ildə “Oktyabr” mədəniyyət evinin kollektivi ilə birlikdə bədii söz və sirk kollektivi Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Nurlu yol” tamaşasında iştirak etmişdir.

Klubun fəaliyyəti dövründə “Nurlu yol” adlı şifahi jurnalı işıq üzü görmüşdür.

Hal-hazırda klubda aşağıdakı kollektivlər fəaliyyət göstərir: 1. İnstrumental ansambl; 2. “Bədii söz” dərnəyi.

 

Klubun müdiri – Vəliyev Arif Safaqat oğlu

arif-veliyev

24 sentyabr 1982-ci ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olmuşdur.

1999-2003-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram rejissoru fakutəsini bitirərək dram rejissoru ixtisasına yiyələnmişdir.

2009-2012-ci illərdə C.Cabbarlı adına mədəniyyət evində bədii rəhbər vəzifəsində çalışmışdır.

2012-ci ildən 4 saylı şəhər klubunun müdiridir.