Gənclik

  • PDF

“Gənclik” klubu 1978-ci ildə yaradılıb. Klubda bir sıra kollektivlər – “Sevinc” qızlar ansamblı, “Səda” xalq çalğı alətləri ansamblı, “Göyərçin” uşaq ansamblı, “Qönçə” rəqs ansamblı, “Məhsəti” kanonçalan qızlar ansamblı, Dram dərnəyi fəaliyyət göstərib.

Sumqayıtlıların dərin rəğbətini qazanmış klubun rəqs ansamblının üzvləri tez-tez əmək kollektivləri qarşısında çıxış edirdilər. Klub fəaliyyətdə olduğu dövrdə ittifaq, respublika və şəhər səviyyəli bütün tədbirlərdə iştirak etmişdir. 1979-cu ildə “Gənclik” klubunun kollektivi Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirak etmiş, qızıl, gümüş medallar almışdır. 1980-ci ildə “Qönçə” rəqs ansamblı Moskvada mərkəzi televiziyada, o cümlədən  Rustavi şəhərində keçirilən Beynəlmiləl Dostluq Həftəsi iştirakçılarının konsertində çıxış etmişdir.  Klubun “Məhsəti” kanonçalanlar ansamblı 1981-ci ildə şəhərimizdə “Mahnılarımızda əməyi, Sumqayıtı vəsf edirik” adlı VIII ənənəvi əmək və incəsənət bayramında iştirak etmişdir.  1980-1984-cü illər ərzində klubun bədii özfəaliyyət kollektivləri Gürcüstanda, Arxangelskdə, Rustavidə, Rumıniyada, Almaniyada qastrolda olmuş, böyük müvəffəqiyyətlə çıxış etmişlər.

Hal-hazırda klubda aşağıdakı kollektivlər fəaliyyət göstərir: “Səda” instrumental ansamblı”; “Məngülüm” xalq kukla teatrı; Ödənişli kurslar: biçmə-tikmə; dram; bərbərlik; musiqi alətlərinin bütün növləri üzrə; dil-ədəbiyyat; kompüter.

Klub öz fəaliyyətini 15 saylı məktəblə bərabər qurmuşdur.                                

 

Klubun müdiri – Nazim Rəhman oğlu Alverdiyev

nazim-alverdiyev123 noyabr 1970-ci ildə Qubadlı rayonunun Cibikli kəndində anadan olmuşdur.

1991-1996-cı illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetinin Mədəni-maarif işi  fakültəsini bitirərək Teatr kollektivinin rejissoru ixtisasına yiyələnmişdir.

Mədəniyyət sahəsində müxtəlif vəzifələrdə çalışmış N.Alverdiyev 2009-cu ildən “Gənclik” klubunun müdiridir.