Parklar

  • PDF

Parklar

nesimi_parki

"Nəsimi" adına Mədəniyyət və istirahət Parkı.

"Nəsimi" adına Mədəniyyət və İstirahət Parkı Sumqayıt şəhər XDS İcrayyə Komitəsinin 11 may 1967-ci il tarixli 12 saylı qərarına və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 16 mart 1967-ci il tarixli 64 saylı əmrinə əsasən Mədəniyyət müəssisəsi kimi yaradılmışdır. Sumqayıt şəhər XDS İcrayyə komitəsinin 17 avqust 1978-ci il tarixli  20 saylı qərarına əsasən dahi şairimiz Nəsiminin adı verilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən ölkı əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir.Park əhalinin müxtəlif təbəqələrinin mədəni istirahətini və əyləncələrini təmin edən, mədəni-maarif və təsərrüfat fəaliyyəti olan dövlət müəssisəsidir. Parkın ümumi sahəsi 80 ha ibarətdir. Parkda mexaniki attraksionlar, uşaq yelləncəkləri, inzibati bina, yay estradası, stolüstü oyunlar fəaliyyət göstərir. Parkın ərazisində 4 adda abidə yerləşir: 1. "Nəsimi" heykəli; 2. "20 yanvar" abidəsi; 3. "Şəhidlər" xiyabanı; 4."Sülh göyərçini" abidəsi. Park 2013-cü ilin may ayınadək Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin tabeliyində fəaliyyət göstərmişdir.
                                                  

   heydereliyev_parki                                                                                                  

 Heydər Parkı

 

Park 1999-cu ildə şəhərin 9-cu mkr ərazisində salınmışdır. 2003-cü ildən etibarən Ümummilli lider Heydər Əliyevin adını daşıyır.

Əhalinin istirahətini təmin etmək məqsədilə parkda  kafelər, müxtəıif qurğulu yelləncəklər, mexaniki attraksionlar fəaliyyət göstərir.

Heydər parkı həmçinin mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün əsas mərkəzlərdən biridir.

 

 

 

  

 

   

alman_parkiLüdviqshafen Parkı

 

Park 1997-ci ildə Sumqayıt-Lüdviqshafen(Almaniya) əlaqələrinin 20 illiyi münasibətilə şəhərin 9-cu mkr. ərazisində salınmışdır.

2005-ci ildən etibarən Rusiyada yaşayan həmyerlimiz, iş adamı Qivami Əsgərovun şəxsi vəsaiti hesabına parkda yenidənqurma və abadlıq işləri aparılmışdır.

Park hal-hazırda şəhər əhalisinin əsas istirahət mərkəzlərindən birinə çevrilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Meydanlar

 

 

bayraq_meydaniBayraq meydanı.

 

Bayraq meydanı dövlət başçısının sərəncamına əsasən inşa olununmuşdur. Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında inşa olunan bayraq meydanının hündürlüyü 80 metrdir. 18 min metr2 ərazidə salınan meydan dövlət başçısının sərəncamına əsasən inşaedilmişdir. Bayraq meydanı ərazisində geniş abadlıq işləri aparılmış, şəhər sakinlərinin istirahəti üçün lazımi şərait yaradılmışdır.

 

 

 

 

 

  

  

 

nizami_meydaniNizami meydanı.

 

Nizami meydanı və abidəsi Azərbaycanın dahi şairi Nizami Gəncəvinin adını daşıyır. Meydan 2007-ci ildə Nizami küçəsinin başlanğıcında yaradılmışdır. Nizami meydanın inşası 2007-ci ilin əvvəlində başlanmışdır. Meydanın uzunluğu 188 metr, ümumi sahəsi 6300 kv.metrdir. Meydanda dekorativ ağaclar, yeni oturacaqlar, tullantı konteynerləri, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Meydanın mərkəzində Nizami Gəncəvinin abidəsi ucaldılmışdır. 3,9 metr hündürlüyə malik tunc heykəlin müəllifi tanınmış hykəltaraş İsa Məmmədxanovdur.