Rəhbərlik

  • PDF

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi – Mehman Şakir oğlu Şükürov

mehman_sukurov

25 fevral 1965-ci ildə Ağsu rayonunun birinci Qaraqaşlı kəndində anadan olmuşdur.

1987-1991-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin "mədəni-maarif” fakültəsində təhsilini başa vuraraq 1990-1993-cü illərdə S.Vurğun adına Mədəniyyət sarayında xalq teatrının rejissoru, 1993- 1997-ci illərdə sözügedən sarayın direktoru, 1997-2014-cü illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru vəzifəsində çalışmışdır.

Sumqayıt Dövlət Musiqili Dram Teatrında işlədiyi müddət ərzində teatrın kollektivi onun rəhbərliyi ilə Hindistan, Türkiyə, Ukrayna, Türkmənistan, Rusiya və Gürcüstanda beynəlxalq teatr festivallarında uğurla çıxış edərək müxtəlif diplomlara layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülmüşdür.

2015-ci il iyun ayının 11-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktor müavini vəzifəsində çalışmışdır.

2015-ci il 18 noyabr tarixdən Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

Ailəlidir. 2 övladı var.


 

Məsləhətçi – Axundova Ceyran Allahyar qızı

ceyran-axundova15 avqust 1959-cu ildə Dəvəçi rayonunda anadan olmuşdur.

1978 -1981-ci illərdə N.Krupskaya adına Bakı Kitabxanaçılıq texnikumunda orta ixtisas, 1981-1987-ci illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetində ali ixtisas təhsili almışdır.

1990-1996-ci illərdə S.Vurğun adına Mərkəzi kitabxanada müxtəlif vəzifələrdə çalışan C.Axundova   1996-ci ildə Kitabişləmə və Komplektləşdirmə şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir.

2007-ci ilin  sentyabrından  Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsində məsləhətçi vəzifəsində çalışır.

Kitabxana işi sahəsindəki fəaliyyətinə görə kitabxana müdiriyyəti tərəfindən Fəxri Fərmana,  2009-cu ildə Sumqayıt şəhərinin 60 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Fəxri Fərman və pul mükafatına layiq görülmüşdür.