Həmkarlar təşkilatı

  • PDF

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar Təşkilatı Sumqayıt Komitəsinin sədri – Əşrəf Cavad Oğlu Şəfiyev

rf-fiyev

6 mart 1938-ci ildə Fizuli rayonunun Yuxarı Veysəlli kəndində anadan olmuşdur.

1961-1966-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Fars filologiyası şöbəsini bitirərək fars dili müəllimi, tərcüməçi ixtisasına yiyələnmişdir.

Təhsil və Mədəniyyət sahəsində bir sıra vəzifələrdə çalışmış Ə.Şəfiyev 1972-1974-cü illərdə Ə.Kərim adına “Poeziya” klubunun, 1974-1991-ci illərdə Şəhər Mədəniyyət Evinin müdiri, 1992-1994-cü illərdə Sumqayıt şəhər Mədəniyyət şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir.

1994-cü ildən Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar Təşkilatı Sumqayıt Komitəsinin sədridir.