Sumqayıt şəhər mədəniyyət müəssisələrində Xocalı faciəsinin 24-cü, Sumqayıt hadisələrinin 28-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

  • PDF
xocali_mks161Sumqayıt şəhər mədəniyyət evlərində və klub müəssisələrində Xocalı faciəsinin 24-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. N.Nərimanov adına mədəniyyət mərkəzində özfəaliyyət kollektivi üzvlərinin ifasında muğamlar, segahlar dinlənilib, şeir nümunələri səslənib. Tədbirdə Xocalı faciəsini əks etdirən kadrlar nümayiş olunub. Səhnədə şəhidlərin xatirəsinə şam yandırılıb, qərənfillər düzülüb. "28 May” diyarşünaslıq evində baş tutan tədbirdə faciəni əks etdirən foto-stend nümayiş olunub. Diyarşünaslıq evində fəaliyyət göstərən "Xalq teatrı”nın kollektivinin ifasında "Əsrin faciəsi” adlı ədəbi-bədii kompozisiya tamaşaçılara təsirli anlar yaşadıb. Tədbirdə "Xocalı fəryadı” filmindən kadrlar nümayiş olunub. C.Cabbarlı adına mədəniyyət evində keçirilən tədbirdə bədii qiraət dərnəyi üzvlərinin ifasında şəhidlərə həsr olunmuş şeirlər, özfəaliyyət kollektivi üzvlərinin ifasında muğam və segahlar, o cümlədən İbrahim Məcidlinin gitarada ifası tamaşaçıları duyğulandırıb. Tədbirdə rəsm dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgisi nümayiş olunub. Şəhər Mədəniyyət Evində də faciə qurbanları anılıb. Mədəniyyət evinin özfəaliyyət kollektivinin ifasında nümayiş olunan "Gözü yolda qalan Xocalım” adlı ədəbi-bədii kompozisiya tamaşaçılara duyğulu anlar yaşadıb. Tədbirdə faciəni əks etdirən kitabların, mədəniyyət evinin "Rəssamlıq” kursunun üzvlərinin əl işlərindən ibarət sərgisi keçirilib. Corat qəsəbə mədəniyyət evi də 7 saylı orta məktəbdə tədbir keçirib. Mədəniyyət evinin öfəaliyyət kollektivi tərəfindən "Xocalı unudulmaz faciədir” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub, faciəyə həsr olunmuş şeirlər ifa edilib. "Gənclik” şəhər klubu "İstedad” liseyində keçirdiyi tədbirdə klubun özfəaliyyət kollektivi "Layla, Xocalım layla” adlı mədəbi-bədii kompozisiya nümayiş etdirib. Mədəniyyət və təhsil işçiləri tədbirdə çıxış edərək faciə haqqında öz fikirlərini bölüşüblər. "Dostluq” mədəniyyət evində də anım günü keçiriləcək, ədəbi-bədii kompozisiya nümayiş etdirilib. S.Vurğun adına Mərkəzi Kitabxana Xocalı faciəsinin 24-cü, 1988-ci il Sumqayıt hadisələrinin 28-ci ildönümü ilə əlaqədar 5 saylı məktəbin konfrans zalında "Sumqayıt hadisələri, Xocalı faciəsi” adlı dəyirmi masa keçirib. Tədbiri giriş sözü ilə abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva açaraq Sumqayıt hadisələri və Xocalı faciəsi, eləcə də konfrans zalında təşkil edilmiş "Xocalı-əsrin faciəsi” adlı sərgi haqqında qısa məlumat verib. Sonra jurnalist, Osman Mirzəyev adına Respublika mükafatı laureatı Rəhman Orxan iştirakçılara Sumqayıt hadisələrinin canlı şahidi kimi bir çox məlumatları çatdırıb. SDU-nun tarix-coğrafiya fakültəsinin III kurs tələbəsi Mahmud Qədirli, Azərbaycan Universitetinin tarix fakültəsinin II kurs tələbəsi Aynur Miriyeva, 5 saylı məktəbin tarix müəlliməsi Gülsəfa Hüseynəliyeva, MKS-in direktoru Yeganə Əhmədova çıxış edərək öz fikirlərini paylaşıblar. M.Ə.Rəsulzadə adına 2 saylı kitabxana-filialda Xocalı soyqrımının 24-cü ildönümünə həsr olunmuş "Xocalı soyqrımı-Bəşəriyyət əleyhinə cinayət” adlı oxucu konfransı keçirilib. Tədbirdə SDU-nun tarix fakultəsinin tarix müəllimi Samir Kərimli, "Əli Kərim” adına poeziya klubunun sədri İbrahim İlyaslı, şair Asif Asiman, Təhsil şöbəsinin metodisti Əlhəddin Paşayev çıxış ediblər. Sonda 14 və 21 saylı tam orta məktəbin şagirdlərinin ifasında Xocalıya həsr olunmuş kompozisiya və Murad Haqverdiyevin vətənpərvərlik mövzusunda mahnıları dinlənilib. S.Vurğun adına Mərkəzi kitabxananın şöbələrində "Xalqımızın qan yaddaşı” adlı dəyirmi masa, "Xocalı uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi, həmçinin də ədəbi-bədii kompozisiya keçirilib. Nizami Gəncəvi adına Kitabxana Klub 27 saylı orta məktəbdə Vahid Mustafayevin "Xoca" filmini nümayiş etdirilib, Şahbaz Kərimov adına Qubadlı rayon Çərəli kənd tam orta məktəbi ilə birgə "Xocalı harayı" adlı xatirə gecəsi, Mərkəzi uşaq kitabxanasında "Günahsız qurbanlar" adlı anım günü keçirilib. Digər kitabxana filallarda da sərgilər təşkil edilib, biblioqrafik xülasələr verilib. Bütün uşaq incəsənət və musiqi məktəblərində anım günləri keçirilib, "Xoca” filmi nümayiş olunub, sərgilər təşkil edilib. Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşları 12 saylı orta məktəbdə səyyar sərgi təşkil edib, faciə haqqında videoçarx nümayiş etdiriblər. Sumqayıtın Tarixi Muzeyi 13 saylı tam orta məktəbdə "Xocalı” adlı sərgi ilə yanaşı "Xocalı tarixi yaddaşımızda” məruzəsi ilə kütləvi şöbənin əməkdaşları çıxış edib. Qeyd edək ki, Sumqayıtın Tarixi Muzeyində Sumqayıt hadisələrinin 28-ci ildönümü münasibətilə tədbir keçirilib, muzeydə faciəni əks etdirən sərgi təşkil olunub.
xocali_mm162