Haqqında

  • PDF

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi haqqında məlumat

Azərbaycan Ali Sovetinin 22 noyabr 1949-cu il 19-60 №-li qərarı ilə Sumqayıt rayonu ləğv olunaraq respublika tabeliyində Sumqayıt şəhəri təsis olundu. 1949-cu il noyabr ayına qədər Sumqayıt rayonu Mədəni-maarif şöbəsi Bakı şəhər İcraiyyə Komitəsinin tabeliyində idi. 1949-cu ilin dekabr ayından kütləvi mədəniyyət və mədəni-maarif şöbəsi Sumqayıt şəhər İcraiyyə komitəsinin tabeliyinə keçirildi.

1970-ci il dekabr ayının 1-dən aşağıdakı mədəniyyət müəssisələri Sumqayıt şəhəri Mədəniyyət şöbəsinin tabeliyində fəaliyyət göstərmişdir:

– S.Vurğun adına Mərkəzi kitabxana

– A.Qaydar adına uşaq kitabxanası

– C.Məmmədquluzadə adına kitabxana

– 1 №-li şəhər kitabxanası

– 2 №-li şəhər kitabxanası

– 3 №-li şəhər kitabxanası

– 4 №-li şəhər kitabxanası

– 5 №-li şəhər kitabxanası

– 6 №-li şəhər kitabxanası

– 7 №-li şəhər kitabxanası

– Sumqayıtın Tarixi muzeyi

– Şəhər kino həvəskarları studiyası

– Şəhər Mədəniyyət Evi

– Corat mədəniyyət evi

– 1 №-li şəhər klubu (Şahmat klubu)

– 2 №-li şəhər klubu (Poeziya klubu)

– 3 №-li şəhər klubu (müharibə və əmək veteranları klubu)

– H.Ərəblinski adına Dövlət Gənclər Dram teatrı

– Sərgi salonu

– Mədəniyyət və İstirahət parkı

– Şəhər Musiqi məktəbi

Zaman keçdikcə Mədəniyyət şöbəsinə daxil olan mədəniyyət müəssisələrinin sayı artmışdır. Bunu nəzərə alaraq Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 327 saylı 07.06.1995-ci il tarixli sərəncamına əsasən Mədəniyyət şöbəsinə Mədəniyyət idarəsi statusu verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ləğv olunmuş, Mədəniyyət və turizm Nazirliyi yaradılmışdır. Həmin dövrdən etibarən Sumqayıt şəhər Mədəniyyət idarəsi – Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi adlandırılmışdır.

Hal-hazırda Mədəniyyət və Turizm idarəsinin tabeliyində 5 Uşaq Musiqi və incəsənət məktəbləri, 20 kitabxana-filialı əhatə edən MKS, Sumqayıtın Tarixi muzeyi, 8 Mədəniyyət evi, 6 Şəhər klubu, Nəsimi adına Mədəniyyət və İstirahət parkı, Sumqayıt Dövlət Rəsm Qalereyası, Kino-Video Birliyi fəaliyyət göstərir.