Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi

  • PDF

merkez-1Mərkəz Müstəqil Azərbaycanın qurucusu olan Ümummilli Liderimiz Heydər Əliyevə ümumxalq məhəbbətinin təcəssümü olan və onun zəngin həyat yolu, xalqı və vətəni qarşısındakı misilsiz xidmətlərinin dərindən öyrənilməsi istiqamətində fəaliyyət göstərən Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi 2013 – cü ilin 3 may tarixindən fəaliyyətə başlamışdır.

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotoşəkillər, kitablar və sənədlərdən ibarət muzey fəaliyyət göstərir. Ulu Öndərin zəngin həyatı və fəaliyyətindən bəhs edən video materiallardan ibarət arxiv yaradılıb, Mərkəzin təşkilatçılığı ilə sənədli filmlər hazırlanaraq ziyarətçilərə nümayiş etdirilir.

Dahi Öndərə sonsuz hörmət və ehtiramlarını ifadə etmək üçün sakinlər, məktəblilər, gənclər, ayrı-ayrı kollektivlər və şəhərimizin qonaqları müntəzəm olaraq Mərkəzi ziyarət edirlər.

Mərkəz fəaliyyətə başladığı gündən burada ödənişsiz olaraq rəsm, şahmat, komputer dərnəkləri fəaliyyət göstərir. Məktəblilərin iştirakı ilə Müasir Azərbaycan tarixi, Ümummilli Liderimizin həyatı və fəaliyyəti, Prezidentimiz İlham Əliyev tərəfindən məharətlə aparılan dövlət siyasəti nəticəsində ölkəmizin bu günkü inkişafı barədə tarixi faktların təqdim edildiyi dərslər keçirilir.

Sumqayıtdakı Heydər Əliyev Mərkəzində əlamətdar və tarixi günlərə həsr edilən, Gənclərin iştirakı ilə dəyirmi masalar, seminarlar, müsabiqələr, maraqlı debatlar keçirilir. Siyasi mövzularda disputlar keçirilir.

Mərkəzin qarşısında klassik musiqi proqramları təşkil edilir. Heydər Əliyev irsinin öyrənilməsi və təbliği məqsədilə elmi-praktik konfranslar təşkil olunur.

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində yeni ailə quranların nikah mərasimlərinin keçirilməsi artıq ənənəyə çevrilmışdir. Gənclərin nikahları Asan xidmətin və ya VVAQ şöbəsinin əməkdaşları tərəfindən məhz Mərkəzdə rəsmiləşdirilir və onlara nikah şəhadətnaməsi təqdim edilir.

Qaçqın və məcburi köçkün rayonlarından olan Sumqayıtda məskunlaşan gənclərin Nigah mərasimləri də Mərkəzdə keçirilir.


dirMərkəzin direktoru - Zülfüqarlı Aygün Raqif qızı

12 noyabr 1976-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1993-97-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun siyasi münasibətlər fakültəsini bitirərək politoloq ixtisasına, 2002-2005-ci illərdə Sumqayıt Dövlər Universitetinin Tarix fakültəsində təhsil alaraq tarixçi ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir.

1997-2002-ci illərdə Sumqayıt şəhər 35 nömrəli orta məktəbdə tarix müəllimi işləmişdir. 2002-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyətində Böyük inspektor, 2002-08-ci illərdə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsində aparıcı təlimatçı, şöbə müdiri vəzifəsində çalışmışdır. Yanaşı olaraq 2000-ci ildən başlayaraq yerli regional televiziya olan “Dünya” Müstəqil Teleradio Şirkətində müəllif - aparıcı, redaktor, departament direktoru vəzifəsində işləmişdir.

2009-cu ildə Sumqayıt şəhərinin 60 illik yubileyi münasibətilə “Tərəqqi” medalına layıq görülmüşdür.

2013-cü ilin mayından Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktorudur.