Sumqayıt Dövlət Rəsm Qalereyası

  • PDF

Sumqayıt şəhər Dövlət Rəsm Qalereyası

resm qalereyasiSumqayıt şəhər Dövlət Rəsm Qalereyası respublikanın direktiv orqanlarının qərarı ilə 1967-ci ildə Sumqayıt şəhər Sərgi Salonu kimi təsis olunmuşdur.

1981-ci ilə qədər Azərbaycan Rəsmlər Qalereyasının filialı kimi fəaliyyət göstərmişdir. 1981-ci il dekabrın 31-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 583 №-li sərəncamı ilə Sumqayıt Dövlət Rəsm Qalereyası statusunu almışdır.

Azərbaycanın təsviri incəsənətinin mühüm rolu olan bir çox xalq rəssamlarımızın fərdi sərgiləri Sumqayıt Dövlət Rəsm Qalereyasında nümayiş olunmuşdur. Buna misal olaraq, 1968-ci lin aprelin 7-də Azərbaycan xalq rəssamları N.Əbdürrəhmanovun və T.Salahovun ilk bədii sərgisi açılmışdır. Bədurə Əfqanlının bədii sərgisi (1974-cü il 6 may), 1978-ci ildə Respublika dövlət şəkil qalereyasının şəhər filialında Azərbaycan musiqisinin 60 illiyinə və A.Kərimovun yaradıcılığına həsr olunmuş sərgi keçirilmişdir.           

SSRİ xalq rəssamı M.Abdullayevin fərdi sərgisi (1979-cu il 13 iyul), 15 iyun 1983-cü ildə respublikanın əməkdar rəssamı Hafiz Zeynalovun fərdi sərgisi və digər sərgilər nümayiş olunmuşdur. Qalereyada fərdi sərgilərlə yanaşı səyyar sərgilər də keçirilmişdir. 1982-ci il Sumqayıt Şəkil qalereyasında “Biz kommunizm qururuq” devizi altında bütün qardaş respublikalarını təmsi edən sovet rəssamlarının səyyar sərgisi açılmışdır. Sərgini Azərbaycan SSRİ Rəssamlar İttifaqının katbi, respublikanın xalq rəssamı V.Y.Nərimanbəyov, sərginin direktoru S.E.Radkeviç açmışlar.

Bunlarla yanaşı rəsm qalereyasında xaric ölkələrin dekada və incəsənət on günlükləri, xarici ölkə rəssamlarının sərgiləri keçirilmişdir. Buna misal olaraq, 1979-cu il oktyabr ayında Özbəkistan incəsənət günləri 1982-ci ildə Rumıniyanın Arçes vilayətindən gətirilmiş uşaq rəsm sərgisini, 1987-ci ilin oktyabr ayında Almaniya Demokratik Respublikasının Lüdviqshafen şəhərindən gətirilimiş alman rəssamlarının sərgisini, 1996-cı ilin aprel ayında İsrail dövlətinin Yerusəlim şəhərindən gətirilmiş İsrail rəssamlarının qravürlərindən ibarət sərgini və s. göstərmək olar.

26 mart 2004-cü ildə Sumqayıt rəssamlarının əsərlərindən ibarət sərgi təşkil olunmuşdur.

Açılışdan sonra 17 may 2004-cü ildə Sumqayıt məktəblilərinin rəsmlərindən ibarət sərgi, 26 may 2004-cü ildə III Respublika Karikatura sərgisi, 20 iyun 2004-cü ildə Beynəlxalq Qaçqınlar gününə həsr olunmuş Azərbaycanda məskunlaşmış məcburi köçkün uşaqların rəsmlərindən ibarət sərgi, 3 iyul 2004-cü il Respublikanın peşəkar rəssamlarının əsərlərindən ibarət sərgi keçirilmişdir.

Ümumiyyətlə, 2004-2006-cı illərdə dövlət tədbirləri, əlamətdar və tarixi günlərlə əlaqədar olaraq sərgilər təşkil olunmuşdur. Bu illər ərzində Sumqayıt şəhər təhsil şöbəsi, Gənclər və İdman  Baş İdarəsi, Uşaq və Yeniyetmələr Mərkəzi, Sumqayıt Əlil Qadınlar Cəmiyyəti, Qadın Təşəbbüsü İctimai Birliyi, digər müəssisə və təşkilatlarla  iş birliyi qurulmuşdur.

2007-ci idən başlayaraq aşağıdakı sərgilər keçirilib:

17 yanvar 2007-ci il 20 yanvar faciəsi ilə əlaqədar sərgi, 19 mart 2007-ci il gənc karikaturaçı rəssam Babək Rüstəmzadənin fərdi sərgisi, 20 aprel 2007-ci il Məktəbdən kənar Tərbiyə işi mərkəzinin dərnək rəhbəri Əsgərova Natavanın fərdi və onun yetirmələrinin rəsmlərindən ibarət sərgi, 04 may 2007-ci il Almaniyanın Lüdviqsxafen şəhəri ilə Sumqayıt şəhərinin qardaşlaşmasının 30 illiyi münasibətilə sərgi təşkil edilmişdir. Sərgidə Lüdviqsxafen və Sumqayıt rəssamlarının əsərləri nümayiş olunmuşdu, 01 sentyabr 2007-ci il UNESKO-nun xətti ilə təşkil edilmiş, UNESKO-Almaniyada Dünya İrsi abidələrinin foto sərgisi, 18 oktyabr 2007-ci il Azərbaycan Respublikasının Dövlət  Müstəqilliyi gününə həsr edilmiş sərgi, 12 noyabr Konstitusiya gününə həsr edilmiş sərgi, 29 noyabr Azərbaycanın görkəmli və Sumqayıtın gənc rəssamlarından ibarət sərgi keçirilmişdir.

Ünvan: Nəsimi adına Mədəniyyət və İsitrahət parki

 

Rəşidova Ellada Alik qızı

ellada ridova4 avqust 1970-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.

1989-1994-cü illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Rəsm-xətt, təsviri incəsənət və əlavə əmək fakültəsini bitirərək, rəsm-xətt, təsviri incəsənət və əmək təlimi müəllimi ixtisasına yiyələnmişdir.

Mədəniyyət sahəsində bir sıra vəzifələrdə çalışan E.Rəşidova 2007-ci ildən Sumqayıt Dövlət Rəsm Qalereyasının direktorudur.

Sumqayıt şəhərinin yaradılmasının 60 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanına layiq görülmüşdür.